Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 may-Beynəlxalq Ailə Günü

18.05.2018

15 may 2018-cı il tarixdə MKS-nin oxu zalında Beynəlxalq Ailə Günü münasibətilə “Ailə müqəddəsdir” mövzusunda dəyirmi masa keçirildi. Ağdaş Rayon MKS- nin direktoru S.Feyzullayev tədbiri açaraq Beynəlxalq Ailə Günü münasibətilə təbriklərini çatdırdı. O, əlamətdar günün tarixindən, ölkəmizdə ailə dəyərlərinə verilən qiymətdən söz açdı. 
Tədbirin əhəmiyyətini qeyd edən MKS-nin direktor müavini S.İbrahimova bildirdi ki, Beynəlxalq Ailə Gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı və sağlam həyat tərzinin təbliğidir.
Tədbirdə çıxış edən kitabxanaçı A. Çələbiyeva “Sağlam ailə- sağlam gələcəyin təminatçısıdır”məruzəsində bildirdi ki, bütün nailiyyətlərin əsasında ailə səadəti durur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət ailə siyasətinin təməli qoyulmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun prezidenti, birinci vitse prezident Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan qadınının mənəvi zənginliyini, vətənpərvərliyini, ailə dəyərlərini uğurla təmsil edir. Diskussiya ilə davam edən tədbirdə bildirilirdi ki, möhkəm ailəyə sahib olmaq üçün ağıl, tərbiyə və əxlaq böyük önəm daşıyır.
Ulu ondər Heydər Əliyevin ailə həyatına həsr olunan “ Əsil məhəbbət” adlı video- çarxın nümayiş etdirilməsi tədbir iştirakçılarının marağına səbəb oldu. Sonda “ 15 May Beynəlxalq Ailə Günüdür” adlı sərgiyə baxış keçirildi.