Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Bakı şəhərində ekskursiyada olublar.

21.10.2021

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 sentyabr 2021-ci il tarixli 07/04-1840/2021 nömrəli məktubunun və Ağdaş Regional Mədəniyyət İdarəsinin “Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 2021-ci ilin 27 sentyabr-8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması barədə” 28 sentyabr 2021-ci il tarixli, 06 nömrəli əmrinin icrası ilə əlaqədar Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Bakı şəhərinə ezam olunmuşlar. Kollektiv ilk öncə “Fəxri Xiyaban”da Ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanında 1990-cı il 20 Yanvar şəhidləri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən 1-ci Qarabağ müharibəsinin şəhidləri və Azərbaycan xalqının fəxri, qüruru, general Polad Həşimovun və 2-ci Qarabağ müharibəsinin şəhidlərininin məzarları ziyarət olunub və tər gül-çiçək dəstələri düzülüb. Daha sonra isə kollektiv “Hərbi Qənimətlər parkı”nı ziyarət ediblər. “Hərbi Qənimətlər parkı”nda düşmən texnikasının məhv edələrək sıradan çıxarılmasının, həmçinin ağır artilleriya texnikasının və böyük dağıdıcılığa malik olan raketlərin məhv edilmiş görünüşü ilə əyani olaraq  tanış olublar.