Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon 1 saylı 7 saylı tam orta məktəblərin şagirdləri Göyçay rayon Heydər Əliyev Mərkəzində olublar.

01.11.2021

Göyçay rayon 1 saylı 7 saylı tam orta məktəblərin şagirdləri Göyçay rayon Heydər Əliyev Mərkəzində nümayiş olunan şəhid Əzizov Şəmistan İlyas oğlu, həmçinin şəhid İbrahimov Alim Söhrab oğluna həsr olunmuş sərgi stendləri ilə tanış olublar.

Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Şəmistan Əzizov oktyabrın 15-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Alim Səhrab oğlu İbrahimov 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdu. Ailəsi Mingəçevir şəhərinə köçəndən sonra o, şəhər 4 saylı orta məktəbində almışdı. Hələ uşaq yaşlarından musiqiyə həvəsi vardı. Bu istəklə 2004-2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxumuş, sonra sənət təhsilini Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecində davam etdirmişdi. 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyirdi.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda Alim də cəbhəyə yollanır. Döyüşlərdə rəşadət göstərir, Tərtərin Suqovuşan kəndi istiqamətində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır. Noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

61.6 KB

 

78.8 KB

 

59.7 KB

 

46.4 KB