Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində “Zəfər bizimlə” adlı ədəbi-bədii kompozisiya keçirilib.

03.11.2021

Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində 2021-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması və “Zəfər Günü” münasibətilə “Zəfər bizimlə” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə ilk öncə Vətən torpaqlarının işğaldan azad olunmasında canından keçən Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk öncə musiqi məktəbinin direktoru Rafiq İsgəndərov çıxış edərək qeyd edib ki, dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 28 il düşmən tapdağında qalan torpaqlarımızın 44 gün ərzində işğaldan azad edilməsini təmin etməklə, rəşadətli Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Ağdaş Regional İdarəsinin rəisi Səxavət Məmmədov çıxış edərək  Vətən Müharibəsinin birinci ildönümü ilə əlaqədar Regional İdarə və tabelikdə fəaliyyət göstərən  mədəniyyət müəssisələri tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Sonra müsabiqələrdə fərqlənən məktəbin şagirdlərinə “Fəxri Fərman” lar təqdim edilib. Daha sonra səhnəyə Vətən müharibəsinin bir qrup qazisi dəvət olunub. Qazilər Vətən müharibəsi zamanı keçdikləri şərəfli döyüş yolundan bəhs ediblər. Sonra qazilərə hədiyyələr təqdim olunub.

Tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik ruhunda konsert proqramı təqdim edilib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

1.3 MB

 

1.1 MB

 

1.2 MB

 

1.2 MB