Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Payız Əfasanələri” Beynəlxalq İncəsənət Müsabiqəsində uğurla iştirak ediblər.

03.11.2021

30-31 oktyabr 2021-ci il tarixlərində Bakı şəhəri Rəşid Behbudov adına  Dövlət Mahnı Teatrında Azərbayacan Gənclər İttifaqının təşkilatçılığı ilə “Payız Əfasanələri” Beynəlxalq İncəsənət Müsabiqəsi keçirilib. Musabiqədə müxtəlif nominasiyalar üzrə kollektivlər və fərdi iştirakçılar çıxış edib.

Beynəlxalq yarışmada Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə müəllimi Günay Musazadə və onun 3 nəfər  şagirdləri iştirak edibilər. Məktəbin II sinif şagirdi Umarlı Ayla Pərviz qızı, IV sinif şagirdi  Mustafazadə Əsmər Seymur qızı, VI sinif şagirdi  İsgəndərzadə Aysu Rafiq qızı keçirilən beynəlxalq müsabiqədə uğurla çıxış edərək, musabiqənin təşkilatçıları tərəfindən diplomla təltif olunublar.

Belə ki, Mustafazadə Əsmər Seymur qızı və İsgəndərzadə Aysu Rafiq qızı öz yaş qrupu üzrə müsabiqədə III yerə,  Umarlı Ayla Pərviz qızı isə müsabiqənin laureatı adına layiq görülüblər.

 

121.2 KB

 

171.3 KB