Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib.

08.11.2021

8 noyabr 2021-ci il tarixində Ağdaş şəhərinin mərkəzi meydanında Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada kollektivinin və “Mübarək” rəqs qrupunun təqdimatında Zəfər Günü və Vətən Müharibəsinin birinci ildönümünə həsr olunan vətənpərvərlik ruhunda mahnılar, rəqslər və şerlərdən ibarət konsert proqramı təqdim olunub.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi meydana daxil olaraq şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilərlə görüşüb.

Tədbirdə eyni zamanda Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Ağdaş Dövlət Rəsm Qalereyasının təqdimatında Zəfər Günü və Vətən Müharibəsinin birinci ildönümünə həsr olunmuş kitab və rəsm sərgisi də nümayiş etdirilib. Sərgilərə rayon rəhbərliyi və ictimaiyyət tərəfindən baxış keçirilib.

Daha sonra şəhərin Heydər Parkında şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası təşkil edilib. Aksiyada rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların əməkdaşları tərəfindən müxtəlif növ ağaclar əkilib.

 

1 MB

 

2.1 MB

 

1.9 MB

 

1.3 MB

 

888.4 KB

 

1.2 MB