Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

10.11.2021

Tədbirdə Vətən müharibəsi qaziləri, 1 saylı tam orta məktəbin şagirdləri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Vətən müharibəsi qaziləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə ilk olaraq, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri Mərkəzin bələdçisi Aytən Zeynalova açıq elan edərək bildirib ki, Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındıraraq, eyni zamanda xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmləşdirən 10 noyabr bəyanatı ümumxalq birliyinin təntənəsi olmaqla yanaşı eyni zamanda həmrəyliyimizi, birliyimizi bütün dünyaya sübut etdi deyə o, qeyd edib.
Daha sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Növbəti olaraq, Göyçay rayon 1 saylı tam orta məktəbin şagirdləri şeirlərlə çıxış edərək tədbir iştirakçılarını təbrik edib.
Vətən müharibəsi qaziləri də öz növbəsində çıxış edərək möhtəşəm Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.
Qazilərimizə həmçinin Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşəkkürnamələri təqdim olunub.
Tədbirin yekununda Zəfər gününə həsr olunmuş daha bir videoçarx təqdim olunub.

 

58.2 KB

 

27.3 KB

 

56.4 KB

 

38.4 KB