Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Sözün sehri” televiziya müsabiqəsinə yekun vurulub.

13.11.2021

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsi, “ARB”, “ARB Günəş” və “EL” tv - nin birgə layihəsi olan "Sözün Sehri" şeir müsabiqəsinə yekun vurulub.

Müsabiqədə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarını təmsil edən, 14 və daha yuxarı yaş kateqoriyasında olan bədii qiraət həvəskarı iştirak ediblər.

Tanınmış Pedaqoq Bəylər Bəylərov, Filologiya üzrə Fəlsəfə doktoru Yaqut Bahadurqızı və şair, qiraətçi Vaqif Yaquboğlunun münsifliyi ilə keçirilən müsabiqə 7 həftə davam edib və 10 noyabr 2021-ci il tarixində müsabiqənin final turu baş tutub.

Münsiflər heyətinin qərarı ilə Ağdaş rayonundan Turanə Şıxəliyeva 1-ci yerə, Göyçay rayonundan İradə Məmmədova 2-ci yerə və Ağdaş rayonundan Əfsanə Dostuyeva 3-cü yerə layiq görülərək “Diplom” və hədiyyələtlə mükafatlandırılıblar.

Müsabiqə  “ARB Günəş” və “EL” televiziya kanalları tərəfindən yayımlanıb.

 

83.2 KB

 

77.7 KB

 

76 KB

 

110.8 KB