Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qobustan Milli Tarix-Bədii Qoruğunda ”Yurdda bayram” adlı tərəkəmə festivalı təşkil edilib.

16.11.2021

Noyabrın 15-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə "Yurdda bayram” adlı tərəkəmə festivalı təşkil edilib.

İştirakçılar festival meydanında qurulmuş Tərəkəmə obasındakı çadırlarda tərəkəmələrin yeyinti məhsulları və təsərrüfat həyatı, onların mətbəx mədəniyyəti ilə tanış olublar və zəngin tərəkəmə süfrəsinin yeməklərindən dadıblar.

Bundan başqa, tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan ibarət təmaslı mini zooparkla tanışlıq və uşaqlar üçün təşkil olunmuş "Oxatma meydançası" iştirakçılara maraqlı anlar yaşadıb.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzinin “Kəndirbazlar” folklor kollektivi də iştirak edib. Kollektivin rəhbəri Məhəmməd Paşayev, onun oğlu İsmayıl Paşayev və nəvələri tərəfindən kəndir üzərində nümayiş olunan akrobatik hərəkətlər festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və nazirin birinci müavini Elnur Əliyev Məhəmməd Paşayev və kollektiv üzvləri ilə görüşərək, onlarla səmimi söhbət ediblər. Söhbət əsnasında mədəniyyət naziri Anar Kərimov qədim Kəndirbazlıq sənətinin yaşadılması ilə bağlı Məhəmməd Paşayevin və onun ailə üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.

Tədbirin sonunda canlı musiqilər səsləndirilib. Cəngi sədaları altında kəndirbazlar və pəhləvanlar məharətlərini göstəriblər.

 

75.8 KB

 

85 KB

 

95.6 KB

 

70.6 KB