Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Kükəl kənd diyarşünaslıq evində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

24.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq Ağdaş rayon mədəniyyət müəssisələrində silsilə tədbirlər davam edir.Belə tədbirlərdən biri də 21 may 2018-ci il tarixində Kükəl kənd Diyarşünaslıq evində təşkil olunmuşdur.Tədbiri giriş sözü ilə açan Diyarşünaslıq evinin direktoru Zülfiyyə Bəşirova bu əlamətdar gün ilə bağlı geniş məlumat vermiş və 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Cümhuriyyət ili” elan olunmasını qeyd etmişdir.Tədbirdə çıxış edənlər bildirmişlər ki,XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın,məktəblərin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırlamış,Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolun yeni tarixi mərhələdə Həsən bəy Zərdabi,Cəlil Məmmədquluzadə,Mirzə Ələkbər Sabir,Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsi göstərmişlər.

Tədbirdə eyni zamanda Kükəl kənd çəktəblilərinin ifasında şerlər səsləndirilmiş,Azərbaycan xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi nümayiş etdirilmişdir.