Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

25.05.2018

Ağdaş rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.Belə tədbirlərdən biri 25 may 2018-ci il tarixində Ağdaş rayon Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə rayonun Heydər Parkında təşkil olunmuşdur.Açıq havada keçirilən tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndirilmişdir.Sonra məruzə ilə çıxış edən muzeyin direktoru Nişanə Yusifova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılış tarixindən,qısa müddət ərzində gördüyü dünya miqyaslı işlərdən söhbət açmış,mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi,dini,sinfi bərabərsizliyi aradan qaldırılmasının təmin olunmasında atılan addımlar barəsində ətraflı məlumat vermişdir.Bildirilmişdir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin “Cümhuriyyət İli” elan olunması ictimaiyyət tərəfindən böyük hörmət və rəğbətlə qarşılanmışdır.Bu gün ölkənin hər yerində,o cümlədən Ağdaş rayonunda və rayonun mədəniyyət müəssisələrində silsilə tədbirlər hazırlanaraq həyata keçirilir.

            Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin musiqi və rəqs kollektivlərinin hazırladığı konsert proqramı ilə davam etmiş,rayon məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

            Tədbir Ağdaş rayon Tarix-diyarşünaslıq muzeyi tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgiyə baxışla başa çatmışdır.