Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Habil Əliyev adına Ağdaş şəhər Uşaq Musiqi Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert proqramı keçirilmişdir.

29.05.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili”elan edilməsi münasibətilə 26 may 2018-ci il tarixində Habil Əliyev adına Ağdaş şəhər Uşaq Musiqi Məktəbində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi ilə birgə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü”-nə həsr olunmuş Bayram konserti keçirilmişdir. Əvvəlcə Ağdaş şəhər Uşaq Musiqi Məktəbinin direktoru Rafiq İsgəndərov tədbir iştirakçılarını salamlamış və səhnəyə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi cənab Tahir Əliyevi və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadəni dəvət etmişdir.
Tahir Əliyev Bayram münasibətilə hamını təbrik etmiş, konsert iştirakçılarına uğurlar diləmişdir.
Sonra Namiq Rzazadə Rəssamlıq şöbəsinin hazırladığı əl işini və Təşəkkürnaməni Ağdaş şəhər Uşaq Musiqi Məktəbinin direktoruna təqdim etmişdir. Daha sonra hər iki İncəsənət ocaqlarının müəllim və şagirdləri tərəfindən hazırlanmış konsert proqramı tamaşaçılara təqdim olunmuşdur.