Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mərkəzi Kitabxanasında Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar ədəbi-bədii kompazisiya keçirilmişdir.

06.06.2018

Zərdab rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə  5 iyun 2018-ci il tarixdə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar “Qal, sənə qurban” adlı ədəbi- bədii kompazisiya keçirilmişdir.

Tədbiri MKS-nin direktoru N.Əliyeva açaraq bildirdi ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi tamam olur.Azərbaycan xalqı həmişə ədəbiyyata, sözə böyük dəyər verib. Mikayıl Müşfiq də ölkəmizdə sevilən şairlərdən biri olmuşdur.  O, qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

             Tədbir iştirakçılarından M.Səfərəliyeva, G.Rəhimova, X.Abışova, İ.Əsədova, G.Qasımova, D.Abdullayeva və başqaları çıxış edərək Şairin gözəl hiss, aхıcılıq və məna zərifliyi ilə zəngin, dilə-dodağa yatan, tеz də yaddaqalan şеirlərinin çoхu nəğmədən sеçilmir. Müşfiq ədəbiyyat tariхimizdə də, хalqımızın yaddaşında da, hamımızın qəlbində də otuz yaşlı çılğın, romantiк, хəyallar dünyasında qanadlanan bir gənc kimi qalacağından,Müşfiqin yaradıcılığının çiçəklənən dövründə repressiya qurbanı olub, günahsiz qurban getməsindən, içi sevgi və yazıb yaratmaqla dolu olan gənc bir şair qəlbinin güclə susdurulmasından ətraflı söz açdılar.

             3 saylı orta məktəb şagirdlərinin ifasında səslənən "Oxu, tar", “Yenə o bağ olaydı",”Ana”,”Qal, sənə qurban” kimi məşhur, ürəkləri titrədən həzin şerlərin müəllifi onu sevənlərin dilində anılıb.