Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Ağdaş Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilmişdir.

13.06.2018

12  iyun 2018-ci il tarixdə  Ağdaş rayonu Heydər Əliyev Mərkəzində  Mərkəzi kitabxana, 1 saylı şəhər Gənclər kitabxanası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününün 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Tədbir  Heydər Əliyevin  abidəsi önünə  gül qoyulması ilə başlanmışdır.“Milli Qurtuluşdan İntibaha” adlı videoçarx nümayiş etdirildikdən sonra tədbiri giriş sözü ilə  MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq qeyd etmişdir ki  2018 –ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100, Milli Ordumuzun yaranmasının 100, o cümlədən Milli Qurtuluş gününün 25 illiyinə təsadüf edir. S.Feyzullayev həmin günlərin canlı şahidi kimi  respublikada cərəyan  edən hadisələri analiz edərək bildirdi ki, 90-cı illərin əvvəllərində vəziyyət olduqca kritik həddə idi, hakimiyyətsizlik baş alıb gedirdi. “91-lər hərəkatı”nın  ölkəmizin düşdüyü çətin vəziyyətdən çıxarilmasındakı rolu danılmazdır. Xalqı öz arxasınca aparmağa qadir olan və ölkəni bu bəlalardan qurtara biləcək  liderə böyük ehtiyac duyulurdu. Həmin lider isə məhz  Heydər Əliyev idi.

“Milli Qurtuluşumuzun zəfər yürüşü “ adlı məruzə ilə çıxış edən MKS-nin xidmət şöbəsinin əməkdaşı Vüsalə Məmmədova bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm hadisə kimi daxil oldu.

Rayon icra hakimiyyətinin məsul işçisi Möhlüd Hacıxanov  respublikamızın 1991-ci ildə müstəqilliyə qovuşduğu dövrdən, Gəncə hadisələrindən, Naxçıvanın blokadaya alınmasından, Heydər Əliyevin Naxçıvanda hakimiyətə gəlişindən və ölkəni necə dövlət böhranından çıxarmasından, ”Əsrin Müqaviləsi”ndən söhbət edərək tədbir iştirakçılarını məlumatlandırdı.

Daha sonra söz məktəblilərə verilmişdir.Nizami adına, M.İsayev adına və Humanitar təmayüllü məktəbin şagirdləri-Aygün Mustafayeva, Aysu İsmayılova, Ceyran Həmidova, Zəhra Zəkəriyyəyeva və Osman Qocayevin ifasında Vətənə və Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbir  Milli Qurtuluş gününə həsr olunmuş  sərgiyə baxışla başa çatmışdır.