Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev ideyalarının zəfər yürüşü

13.06.2018

Milli Qurtuluş Günü münasibətilə 12 iyun 2018-ci il tarixində Zərdab  rayon  Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi  “Heydər Əliyev ideyalarının zəfər yürüşü”  adlı tədbir keçirdi.            

Tədbir öncəsi Ümummilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükütla yad edildi.                                                                                                                                  Tədbiri Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova açdı və 15 iyun Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti haqqında məlumat verərək qeyd etdi ki,  15 İyun Qurtuluş Günü məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə, onun qüdrətli və möhtəşəm, siyasi və dövlətçilik fəaliyyəti, ən başlıcası isə müstəqil Azərbaycanın taleyi ilə bağlıdır.  

Sonra kitabxananın Oxuculara xidmət şöbəsinin Abonement bölməsinin müdiri Cəmalə Feyzullayeva "15 İyun-Qurtuluşun zəfər günü”,Oxuculara xidmət şöbəsinin kitabxanaçısı  Elyanə Rüstəmova  “15 İyun-Milli Qurtuluş günüdür” adlı məruzə ilə çıxış etdilər.Hər iki məruzəçi öz çıxışında qeyd etdi ki, 15 iyun Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyinə,  yaddaşına həkk olunmuş bir gündür. 

Məruzə ətrafında çıxış edənlər- MKS-in direktor müavini Gülüstan Rəhimova, Oxu zalının əməkdaşı Xanım Abışova, Uşaq şöbəsinin müdiri İlahə Teymurzadə  Azərbaycanın yüksəlişində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdilər.

Tədbirdə Mərkəzi Kitabxananın və şəhər kitabxana filiallarının əməkdaşları , şəhər 3 nömrəli tam orta məktəbin IX  sinif şagirdləri iştirak edirdi.

 Tədbirin sonunda məktəblilərin ifasında Ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş “O qalib yaşadı” adlı şeir - kompozisiya tədbir iştirakçılarına təqdim olundu.