Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Səni kim unudar”

03.07.2018

   29  iyun 2018-ci il tarixdə  Ağdaş rayonu  Mədəniyyət  Mərkəzində  Mərkəzi kitabxana və mədəniyyət mərkəzi   ilə birgə təşkilatçılığı ilə lirik şair Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar “Səni kim unudar” adlı ədəbi- bədi keçirildi.

     Tədbir  Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş “Səni kim unudar” adlı videoçarx nümayişi  ilə başlandı. Tədbiri giriş sözü ilə  MKS-nin direktoru Seyfəddin Feyzullayev açdı.O qeyd etdi ki ,Azərbaycanın təpədən dirnağa Lirik şairi Mikayıl Müşviqin anadan olmasından 110 il ötür. Bəxtinə 29 il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun məhəbbət dolu şeirlərinin axıcılığı da bizlərə diqtə edir. Cəsədləri Xəzərin qorxulu fırtınalarına yem olan faciə qəhrəmanlarından biri də  Müşfiqdir… Həyatının baharında cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu istedadlı şairimizin günahı?!. Hətta ona qəbiri də çox gördülər… Bu nurun işığından gözləri qamaşanlar öz alayarımçıq bacarıqlarından qorxdular.

      MKS-nin metodika və biblioqrafiya şöbəsinin  biblioqrafı K. Musayeva   lirik şairimiz Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında  məruzə ilə çıxış etdi. O bildirdi ki,  Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairlərdəndir. O,  1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir .Məktəb fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlamışdır. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda repressiya dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir. Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulmuşdur. Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

     Rasim Seyidovun ifasında şairin “Sevgilər” şeiri, Taleh Həsənovun ifasında “ Qaı sənə qurban”, “Nəsimi poeziyası” müsabiqəsinin qalibi Əfsanə Dostuyevanın ifasında “ Ay qiz” şeiri, Humanitar Kollecinin işçisi Dilarə Manafovanın ifasında “ Yenə o bağ olaydı”, Elşad İbrahimoğlunun ifasında “ Söylə”mahnısı, MKS-nin direktor müavini Sevgili İbrahimovanın ifasında “ Oxu tar” seiri, Şahin Bəkirovun ifasında “ Yaşa məhəbbətim”, oxucu  Sabrina Qasımzadə ifasında “Ay qız” şeiri  səsləndi.

   Tarix-diyarşünaslıq  muzeyinin direktoru Nişanə Yusifova     şairin poeziyası haqqında öz fikirlərinin tədbir iştirakçıları ilə bölüşdü.

     Tədbirin sonunda “ Mikayıl Müşfiq-110 “adlı sərgiyə baxış keçirildi.