Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda ”Açıq kitabxana” təşkil edilmişdir.

06.07.2018

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin çox uğurlu şəkildə tətbiq edilən layihələrindən biri də "Açıq kitabxana" layihəsidir ki, Ağdaş rayon kitabxanaları da artıq neçə ildir ki, bu layihəyə qoşulmuşdur. Bu səpgidə növbəti tədbir 05 iyul 2018-ci il tarixdə Heydər Əliyev adına şəhər parkında keçirilmişdir. Ağdaş rayon Mərkəzi kitabxanası, Uşaq şöbəsi və 65 saylı filial kitabxana tərəfindən təşkil edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  tədbirdə Ağdaş rayon Mədəniyyət işçiləri, tələbələr, şagirdlər, ziyalılar, ağsaqqallar, rayon içtimaiyyətinin nümayəndələri iştirak etmişlər. Sərgilərdə uşaqlara həsr olunmuş şeirlər, sevimlıi nağıllar, tapmaca kitabları, Cümhuriyyətin-100 illiyinə həsr olunmuş kitablar, həmçinin yeni çap olunmuş kitablar, bütövlükdə 100 addan çox 500 nüsxəyə yaxın müxtəlif mövzularda kitablar nümayiş olunurdu. "Açıq kitabxana" lahiyəsi kitabxanalara yeni oxucu cəlb edilməsi cəhətdən də münasib tədbirdir. Həmin gün rayon kitabxanalarına 70-ə yaxın yeni oxucu üvz yazılmişdır.