Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdabda “Beynəlxalq Sülh Günü” ilə əlaqədar olaraq “İslam sülh və əmin-amanlıq dinidir” mövzusunda tədbir keçirilib

05.09.2018

03 sentyabr 2018-ci il tarixdə Zərdab rayon Mərkəzi Kitabxanasında  “Beynəlxalq Sülh Günü” ilə əlaqədar olaraq Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam sülh və əmin-amanlıq dinidir” adlı tədbir keçirilib.

Tədbirdə Zərdab Rayon MKS-nin direktoru Nailə Əliyeva, DQİDK Ucar bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Zərdab MKS-inin şəhər, kənd kitabxana filiallarının və Mərkəzi kitabxananın  əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zərdab rayon MKS-inin direktoru Nailə Əliyeva İslamın sülh, qardaşlıq və sevgi dini olması haqqında geniş məlumat verib. Natiq bildirib ki, tarixən tolerantlıq ənənələri mövcud olan ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıblar.   

Daha sonra çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov mövzu ilə bağlı çıxışında bildirmişdir ki, Bir dini tanımağın ən doğru yolu o dinin müqəddəs qaynağını araşdırmaqdır. İslamın müqəddəs mənbəyi Qurandır. Quran əxlaqı sevgi, şəfqət, mərhəmət, ədalət, təvazökarlıq, fədakarlıq, xeyirxahlıq və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi mənada yaşayan bir müsəlman son dərəcə kübar, gözütox, dərin düşüncəli, incə ruhlu, təvazökar, ədalətli, xoşniyyət, səmimi, etibarlı və hərtərəfli şəkildə kamil bir insan olur, ətrafındakılara da sevgi, sayğı, rahatlıq və həyat sevinci bəxş edir.Tədbirdə İslamın sülh və bərabərlik dini olmasından, gərəksiz düşmənçiliyə və işğalçılıq siyasətinə qarşı olmasından söz açaraq Azərbaycan Respublikasının etnik dini müxtəlifliyə milli sərvət kimi yanaşmaqla dünyaya tolerantlıq nümunəsi aşıladığını diqqətə çatdırıb.

     Tədbirin sonunda diskussiya təşkil olunub, çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.