Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında yerli yazar Haqverdi Əliyevin ”Kamilliyə aparan yol” adlı kitabının təqdimatı keçirilmişdir.

10.09.2018

8 sentyabr 2018-cı il tarixində  Ağdaş rayon  MKS-nin oxu zalında  Aqdaşlı yazar, dindar şair Haqverdi Əliyevin “Kamilliyə aparan yol” adlı kitabının  təqdimatı keçirilmişdir. Tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin məsul işçisiləri  Qalib Həsənov, Səbuhi Musayev, “Ağdaş” qəzetinin redaktoru Tofiq İsmioğlu, din xadimləri, Ağdaş rayonun mədəniyyət və təhsil işçiləri, Aral bir kəndinin ziyalıları, şairin qələm dostları, qohumları  iştirak etmişlər.

         Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev Haqverdi Əliyev haqqında məlumat verərək şairin bu dövrə qədər dörd kitabının-  “Haqqın dərgahına uzanan əllər”, “Ədalət sorağında”, “Düşünəni düşünən anlar” adlı kitablarının nəşr olunduğunu bildirərək qeyd etmişdir ki, bu gün şairin yeni çapdan çıxmış dördüncü kitabı “Kamilliyə aparan yol” adlı kitabının təqdimatına yığışmışıq.

         Mərkəzi kitabxananın işçisi Vüsalə Məmmədova məruzəsində kitabda kamilliyə, əxlaqa, düzlüyə, halallığa, vətən sevgisinə həsr olunmuş şeirlərdən söz açmış,şairin yaradıcılığının dünyada edilən əməllərin axirətdə qiymətləndirilməsindən, ata-anaya qarşı davranışdan, qonşuluq haqqından, necə kamil insan olmağın yollarından, Qarabağ harayından, millilikdən, şeytani əməllərdən çəkinib Allahın əmrlərinə tabe olmaqdan, qeybətdən kənar gəzib yalnız saf sözün quluna çevrilməkdən bəhs etdiyini qeyd etmişdir.       

          Mərkəzi kitabxananın işçisi Könül Musayeva kitabdakı ayrı-ayrı şeirlərdəki mövzu rəngarəngliyindən, halal-haram anlayışından, qadına hörmət, böyüyə hörmət aşılıyan, milli dəyərlərə qiymət verilməsindən söhbət açmışdır.

          Hacı Şahin əfəndi Haqverdi Əliyevin yaxşı bir din xadimi olması ilə bərabər şeir kitabının da dərc olunmasını alqışlamış, kənd məktəbinin tarix müəllimi Tələt Kərimov şairin yaşadığı kənddə bir insan kimi böyük hörmət qazandığını, kənd camaatı tərəfindən sevildiyini və əsərlərinin oxunduğunu qeyd etmişlər.

          Şairin dostları Ağdaşlı yazarlar Fəxrəddin Əsəd, Ağəli Ağayev şairin əsərlərindəki şeirlərin oxucunu cəlb edən cəhətlərindən danışdılar.

         Bədii qiraət ustası Farız Bəkirlinin ifasında şairin “Dünya” adlı şeiri səslənmişdir.

          Ağdaş rayon İcra Hakimiyyəti aparatının məsul işçisi  Qalib Həsənov  şairə yaradıcılığında  uğurlar , nailiyyətlər arzulamışdır.

          Tədbir “Kamilliyə aparan yol” adlı sərgiyə baxışla   davam etmiş və sonda şairin özünə soz verilmişdir.Şair gələcək planlarından söz açmış,kitabin təqdimatının təşkilatçılarına və iştirakçılara  öz minnətdarlığını bildirmişdir.