Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salam doğma məktəb!

17.09.2018

15 sentyabr 2018-ci il tarixində  Zərdab rayon MKS-inin Sarıqaya kənd kitabxana filialı və Sarıqaya kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə 15 Sentyabr –“Bilik Günü” ilə əlaqədar “Salam doğma məktəb!” başlıqlı tədbir keçirilmişdir.

Tədbirdə Zərdab  RİHBA-nın  məsul işçisi Kamil Məmmədov, Sarıqaya kənd İcra nümayəndəsi Müstafa Mustafayev, Sarıqaya kənd kitabxanasının əməkdaşları, valideynlər,məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət Himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır.  

Təşkil olunmuş bayram tədbirini Sarıqaya kənd tam orta məktəbin direktoru Eyyub Abduyev  açaraq  qeyd etdi ki,  “Azərbaycan Respublikasında “Bilik Günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr-“Bilik günü” kimi qeyd edilir.  Məktəb rəhbəri bütün məktəb kollektivini və şagirdləri “Bilik günü” münasibətilə təbrik etdi, onlara bu önəmli və zəhmətli yolda uğurla addımlamağı, müstəqil çiçəklənən Azərbaycanımızın fəal qurucuları olmalarını arzuladı.

Sarıqaya kənd kitabxana filialının müdiri Elza Manafova müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik edib.

Tədbirdə iştirak edən  Zərdab  RİHBA-nın  məsul işçisi Kamil Məmmədov məktəb kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayaraq, ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, bütün uğurların ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.

Tədbirdə məktəblilər vətənə,müəllimə,məktəbə aid şeirlərlə çıxış ediblər.