Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-də 21 sentyabr ”Beynəlxalq Sülh Günü” münasibətilə tədbir keçirilmişdir.

20.09.2018

20 sentyabr 2018-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında “Beynəlxalq Sülh günü” çərçivəsində tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və vətəndaşların sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdi. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq bidirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı siyasətin nəticəsində torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirik, lakin sülhsevər xalq kimi xalqları sülhə çağırırıq.

            Sonra kitabxananın əməkdaşı Vüsalə Məmmədova Beynəlxalq Sülh Günü haqqında məlumat verərək, dünyada sülhün, əmin-amanlığın, ədalətin bərqərar olunmasının, təhlükəsizliyin təmin edilməsinin hər bir sülhsevər xalqın, bütün insanların, xüsusilə uşaqların arzusu olduğu bildirdi.

                     Tədbirdə iştirak edən Ağdaş rayon RİH-nin nümayəndəsi Möhlüd Hacıxanov qeyd etdi ki, sülh mövzusu bu gün torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal edilən, bir milyondan çox qaçqın və məcburi köçkünü olan respublikamız üçün də xüsusi əhəmiyyət kəsb edir.

           Bu gün Azərbaycan dövlətinin rəhbərliyi xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, ədalətli həlli istiqamətində əməli tədbirlər həyata keçirir.

           Sonda tədbir iştirakçıları “21 avqust-21 sentyabr sülh aylığı” başlığı altında sərgi ilə tanış oldular.