Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Dəhnəxəlil kənd kitabxanasında Milli Musiqi Günü qeyd edilmişdir.

27.09.2018

18 sentyabr 2018-ci il tarixində Ağdaş rayon Dəhnəxəlil kənd kitabxanasında Milli Musiqi Günü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə çıxış edənlər dahi bəstəkarın həyat və yaradıcılığından ətraflı bəhs etmiş,bu gün respublikamızda Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini vurğulamışlar.Daha sonra tədbirdə korifey bəstəkarın əsərləri səsləndirilmişdir.Tədbir təşkil olunmuş sərgiyə baxışla yekunlaşmışdır.