Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Poeziya və musiqinin Arvanda vəhdəti

12.12.2017

Oktyabr 14- də Göyçay rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Arvan" kitabxanasında "Poeziya və musiqinin Arvanda vəhdəti" adlı ədəbi – bədii tədbir keçirildi. Tədbir Göyçay rayonun şair və musiqiçilərinə həsr olunmuşdur. Tədbirin məqsədi rayon ictimayyətinin kitabxanalara, kitab oxumağa marağını artırmaq, diqqətini cəlb etmək, həmçinin Göyçayın ədəbi aləmini, incəsənətini kitabxanalar vasitəsilə daha çox təbliğ etmək idi. Bu tədbir Arvan kitabxana – muzeyinin bu məqsədlə keçirdiyi silsilə tədbirlərdən biri idi. Tədbirdə Göyçay rayon ziyalılarından Rövşən Zamanov, Aqil Kəngərli, Ətraf Sərraf, Anar Məcidzadə, Nuranə Nur, Südabə Sərvi, Qabil Zeynalov, Elcin Bilalov, rayonun Arif Məmmədov adina rayon Musiqi Məktəbinin müəllimləri və kitabxananın əməkdaşları ilə birlikdə fəal iştirak etdilər.