Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişdir.

13.12.2017

Dekabrın 12-si dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Bu münasibətlə Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi,İdarənin Göyçay,Ucar və Zərdab rayonu üzrə nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidəsi önünə gələrək Ümummilli liderin  xatirəsini ehtiramla yad edib,abidənin önünə tər çiçək dəstələri düzüblər.

Anım mərasimində Ağdaş rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak etmişlər.