Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qış Nağılı” Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları 4 saylı körpələr evində olmuşlar.

23.12.2017

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları Samirə Yəhyayeva və Elnarə Salikova müntəzəm olaraq uşaq bağçalarında görüşlər, söhbətlər, məlumat və nağıl saatları təşkil edirlər. 
Bağça yaşlarında uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, mütaliəyə marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır.

 
21 dekabr 2017-ci il tarixində onlar şəhər 4 saylı Körpələr evi-uşaq baxçasının fidanlari ilə “Qış nağılı”adlı nağıl saatı təşkil etmişlər. Bağçada Uşaq kitab və jurnalları sərgiləndi.
Təşkil olunmuş nağıl saatında kitabxana işçiləri tərəfindən uşaqlara “Çırtdan”, “Qırmızı papaq”,“Tıq tıq xanım”, “Məlikməmməd” və digər Azərbaycan nağılları oxundu. Uşaqlar nağıl qəhrəmanlarının dünyasına səyahət etdilər. 

Sonda “Yolka”nın ətrafında uşaqlar bir-birindən maraqlı  şeirlər,mahnılar  söylədilər.

Fidanlara  uşaq jurnalları hədiyyə olundu.