Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilmişdir.

28.12.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilin əvvəlində böyük Azərbaycan şairi M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncam imzalamışdır.  28.12.2017-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalinda  XVIII əsr  Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair Molla Pənah Vaqifin 300 illik yubleyi ilə bağlı “Gözəllik və məhəbbət şairi” adlı tədbir keçrilmişdir.

               Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin  direktoru Seyfəddin Feyzullayev açaraq şairin şeirlərinin zənginliyindən, gözəllik şairi olmasından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrindən söz açdı. Şairin həyat və yaradıcılığı haqqında kitabxanaçı Çələbiyeva Aynurə geniş məruzə ilə çıxış etdi. 3 saylı filialın müdiri Qədirova Ofelya “Molla Pənah Vaqif şeirlərində  realizm və folklor”adlı məruzə ilə çıxış etdi. Görkəmli şəxsiyyətlərin Molla Pənah Vaqif haqqında dedikləri fikirləri Məmmədova Süsanə və Mirəddinova  İlahə dilə gətirdilər. Kitabxanaçı  Məmmədova Sevinc  Molla Pənah Vaqif şeirlərindən nümunələr səsləndirdi.

              Tədbirdə iştirak edən RİH aparatının məsul işçisi Hacıxanov Möhlüd çıxışında diqqətə çatdırdı ki,Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə qədim Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində məqbərə ucaldılması barədə mühüm qərar qəbul etməklə, Azərbaycan ədəbiyyatına qayğısını göstərmiş və bu yerlərin tarixən yalnız Azərbaycanlılara məxsus olmasını sübut etmişdir. Tədbirdə M.P.Vaqifə həsr olunmuş video-çarx və S.Vurğunun “Vaqif” dramından bir parça nümayiş olunmuşdur.

   Sonda tədbir iştirakçıları yubileylə əlaqədar hazırlanmış sərgi ilə tanış oldular.