Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə Ağdaş rayon Yuxarı Ağcayazı kəndində anım tədbiri keçirilmişdir.

27.02.2018

Xocalı faciəsinin 26-cı ildönümü Ağdaş rayon mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd olunur.Belə tədbirlərdən biri də Yuxarı Ağcayazı kəndində keçirilmişdir.Kənd klubunun və kitabxanasının təşkilatçılığı ilə baş tutmuş tədbirdə kənd icra nümayəndəliyinin məsul işçiləri,kitabxananın fəal oxucuları,məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Çıxış edənlər 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə dinc Xocalı əhalisinin başına gətirilmiş dəhşətlərdən danışmış,bu zülmün yerdə qalmayacağını vurğulamışlar.Tədbirdə kənd məktəblilərinin ifasında Xocalı faciəsinə həsr olunmuş şerlər səsləndirilmişdir.