Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Aşağı Qəsil kənd mədəniyyət evində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

07.03.2018

8 Mart-Beynəlxalq Qadınlar Günü Ağdaş rayonunda,eləcə də rayonun mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilir.Belə tədbirlərdən biri də 06 mart 2018-ci il tarixində Aşağı Qəsil kənd mədəniyyət evindəkeçirilmişdir.
Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycanda təkrar siyasi hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak etdiyini qeyd etmiş, qadınların ənənəvi sahələrlə yanaşı dövlət qulluğu işlərinə də daha fəal şəkildə cəlb olunduğunu vurğulamışlar.