Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Türyançay qəsəbə sənətkarlıq evində Yel çərşənbəsi qeyd edilmişdir.

14.03.2018

13 Mart 2018-ci il tarixində Ağdaş rayon Türyançay qəsəbə sənətkarlıq evində Yel çərşənbəsi münasibətilə tədbir keçirilmişdir.Sənətkarlıq evinin və qəsəbə kitabxanasının birgə təşkil etdiyi tədbir konsert və tamaşalar şəklində keçirilmiş, adət-ənənələrimizi özündə yaşadan qədim ev və kənd təsərrüfatı əşyaları, şirniyyat süfrələri, folklor nümunələri bayram iştirakçılarına təqdim olunmuşdur.Bayram tədbirində iştirak edən Kosa və Keçəlin məzəli oyunları tamaşaçılarda yüksək əhval ruhiyyə yaratmışdır.