Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-də “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin birinci turunun ilk mərhələsinə yekun vurulmuşdur.

29.03.2018

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən respublikamızın bütün kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin vəfatının 600 illiyi ilə əlaqədar yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilir.

             Müsabiqənin I turunun ilk mərhələsi 2018-ci ilin yanvar-mart aylarında şəhər (rayon) mərkəzi kitabxanalarında təşkil olunmuşdur. Bu münasibətlə Ağdaş rayon MKS-də görüləcək işlərlə əlaqədar əlavə tədbirlər planı tərtib olunmuş,metodiki məktub hazırlanaraq yerlərə göndərilmişdir. Ağdaş rayon MKS-nin 62, 65, 68, 71 saylı şəhər, Türyançay, Gürcuva, Yuxarı Qəsil, Hapıtlı kənd kitabxanalarında fevral ayı ərzində müsabiqələr keçirilmişdir. Mərkəzi kitabxanada 7 və 16 mart 2018-ci il tarixlərdə müsabiqə iştirakçılarının  ifaları dinlənilmiş ən yaxşıları seçilmişdir. 28 mart 2018-ci il tarixdə isə mərkəzi kitabxananın oxu zalında müsabiqənin ilk mərhələsinə yekun  vurulmuşdur.  Müsabiqənin  sonuna  qədər  gələn  4  nəfər  iştirakçıdan( Dostuyeva Əfsanə, Məmmədova Ayşənur, Abdullayeva Gülnur, Əlizadə Seyidcahan) iki nəfəri- Ağdaş Dövlət Humanitar Kollecinin birinci kurs tələbəsi Dostuyeva Əfsanə və Nizami adına şəhər tam orta məktəbin şagirdi Abdullayeva Gülnur müsabiqənin qalibi seçilmişlər.