Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon MKS-də 31 mart azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

05.04.2018

“1918-ci il azərbaycanlıların soyqrımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Zərdab rayon MKS-inin  tədbirlər planı”na əsasən, 31 Mart soyqrımına aid müxtəlif mövzularda mühazirə,  “dəyirmi masa”, məruzə,söhbət və konfranslar təşkil edilmışdir.

30 mart 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında 31 Mart - Azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı Mərkəzi Kitabxananın Oxuculara  xidmət  və Uşaq şöbələrinin birgə təşkilatçılığı ilə "Silinməz yara" adlı  dəyirmi masa keçirilmiş, “31 Mart- Azərbaycanlıların soyqrımı günü” mövzusunda sərgi təşkil olunmuşdur. 

Tədbiri MKS-nin  direktoru Nailə Əliyeva  açdı. Soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Natiq çıxış edərək bildirdi ki, bu soyqrım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Xidmət şöbəsinin əməkdaşı C.Feyzullayeva "Silinməz yara" adlı məruzə ilə çıxış edərək, bu günün tarixi haqqında ətraflı məlumat vermişdir: tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ , Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində isə minlərlə insan öldürülmüş, torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdır.

Metodika və biblioqrafiya şöbəsinin müdiri G.Qasımova ,Oxuculara xidmət şöbəsinin müdiri M.Səfərəliyeva , Uşaq şöbəsinin müdiri İ.Teymurzadə,Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırilması şöbəsinin müdiri G.Məmmədova ,  İnformasiya-resurs şöbəsinin  proqramçısı N.Məmmədova ,Oxuculara xidmət şöbəsinin  əməkdaşları A.Sarıyeva  və E.Rüstəmova ,Oxu zalının əməkdaşı X.Abışova məruzə ətrafında çıxışlar edərək, qeyd etdilər ki, xalqımızın tarixində soyqrım çox olub. Həm də bu soyqırımları həmişə erməni millətçiləri, törədib. Son iki yüz ilin ən dəhşətli soyqırımı 1918-1920-ci illərdə baş verib.  1918-ci il martın 30-31-də erməni qaniçənləri, Bakıda 15 min, Qubada 3 min insanı vəhşicəsinə, qəddarlıqla qətlə yetiriblər. Şamaxıda 13 min insan, o cümlədən 2449 qadın, 1756 uşaq xüsusi amansızlıqla öldürülüb. Bəşəriyyət tarixində ən qanlı cinayətlərdən biri kimi yaddaşlarda silinməz izlər salmış bu soyqırım aktını damarlarında azərbaycanlı qanı axan hər bir vətən övladı heç vaxt unutmayacaqdır.  
Sonra  mövzu ilə bağlı təşkil olunmuş sərgi ilə tanışlıq olmuşdur.

Sərgidə Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımlar və onun qurbanlarının faciəvi qətlini əks etdirən sənəd və materiallar, habelə torpaqlarımızın bütövlüyü uğrunda Vətən övladlarının göstərdikləri qəhrəmanlıqlardan bəhs edən toplu, qəzet və jurnal məqalələri nümayiş  etdirilmişdir.